Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən elan olunmuş X qrant müsabiqəsində “Şəhidlər Ölməz Vətən Bölünməz” adlı layihə çərçivəsində Beyləqan rayonunda Xaliq Məmmədov adına orta məktəbdə və Bakı şəhər Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli orta məktəbdə tədbirlər baş tutub.
Tədbir zamanı layihə rəhbəri İsmayıl Cəmilli layihə haqqında məlumat verərək bildirib ki, layihənin əsas məqsədi Azərbaycan Respublikasının ərazi bütövlüyünün toxunulmaz olduğunu, işğal altında olan torpaqlarımızın, Vətən uğrunda şəhid olmuş oğul və qızlarımız, eyni zamanda milli qəhrəmanlarımız haqqında məlumatların yaddaşlardan silinməməsi və gələcək nəsillərə ötürülməsidir.
Layihə müdəti iştirakçılara Azərbaycanın ərazi bütövlüyü, tarixi, milli qəhrəmanları haqqında məlumat verilib. Layihə keçirilən hər iki məktəb şəhid adını daşıdığı üçün xüsusi seçilib, məktəbin məzun şəhidləri haqqında ətraflı məlumat verilib.
Təlimdə məktəblərin şəhid ailələrindən olan müəllimləri və məktəbin şagirdləri iştirak edirdilər.
Sonda Layihə rəhbəri Cəmilli İsmayıl tərəfindən iştirakçılara layihənin bukletləri və serftikatlar təqdim olunb.