Azərbaycan Respublikasının Prezidenti Yaninda Gənclər Fondunun dəstəyi ilə “Gənc Natiqlər” layihəsi həyata keçirildi.
Layihənin icra planına uyğun olaraq 1-ci ay Təlimçilərlə görüş təyin olunub danışıqlar aparılıb müqavilələr bağlanıldı,daha sonra təlimin keçiriləcəyi ərazinin rəhbərliyindən razılıq əldə olundu,və təlimə cəlb olunacaq gənclər seçildi. 2-ci ay istiqamət üzrə (Natiqlik bacarıqının inkişafı) təlimlər keçirildi. 3-cü ay iştirakçılar keçirilən təlimlərdən öyrəndikləri mövzular üzrə çıxış hazırladı və qaliblər sertifikatla mükafatlandırıldı.
Təqdim olunan “Gənc Natiqlər” layihəsinin əsas məqsədi gənclər arasında natiqlik bacarığına marağın artırılması və gənclərin natiqlik sənəti haqqında maarifləndirilməsi. Gənclərin ünsiyyət qurma, fikri daha düzgün çatdırma kimi vərdişlərin formalaşmasına nail olmaq və gənclərin çıxış etmə qabiliyyətinin inkişafına yol açmaqdır. Layihə 06-07 və 14-15 Dekabr tarixlarində Sabunçu Gənclər Evində həyata keçirildi. 4 gün davam edən təlimlər zamanı hər təlimdə 20 gənc iştirak etdi. Təlim Pərvin Qasımov tərəfindən idarə olundu və uğura aparan bütün yollarda hərkəsə mane ola biləcək çıxış etmə, qorxusuna qalib gəlmə mövzusunda öz bilik və təcrübələrini iştirakçılarla paylaşdı. Sonda iştirakçılara mövzular təqdim olundu və həmən mövzulara uyğun iştirakçılar çıxış hazırladı. Çıxış edənlər arasında kicik müsabiqə keçirildi və 5 iştiraçı layihə rəhbəri və təlimçi tərəfindən sertifikatla mükafatlandırıldı.