“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Samux rayonunda “Çövkən-at yarışlarının təşkili” layihəsi çərçivəsində yekun təlim keçirilib.
Samux rayon Karayeri qəsəbəsi 1 saylı orta məktəbin gəncləri arasında təşkil olunan təlimdə Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə, məktəbin direktoru Bəsti Mahmudova, Samux rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rasim İmamquliyev və layihənin təlimçisi Afərin Namazova iştirak ediblər.
Gənclərə Azərbaycanın qarabağ atları və azərbaycanlıların iştirakı ilə Avropada təşkil olunan yarışlarda komandalarımızın oyunları haqqında məlumat verilib. Onlara atüstü milli oyunlarımız, düz və maneəli qaçışlı yarışlar barədə də ətraflı məlumat verilib.
Təlimdə gənclərə maarifləndirici buklet və posterlər paylanıb. Sonda təlim zamanı fəal iştirak edən gənclərə diplomlar təqdim olunub.
Yekun təlimdə “İdeal atçılıq” klubu yaradılıb. Yeniyetmələr kluba üzv olublar və onlar layihə çərçivəsində təşkil ediləcək at yarışlarında iştirak edəcəklər.