Azərbaycan Respublikasının Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə X qrant müsabiqənin qalibi olmuş Orxan Qədirov “Sıfır büdcə ilə necə gənc sahibkar olmaq olar?” adlı layihənin açılış mərasimini keçirdib. Açılış tədbiri 22 Dekabr 2017-ci il tarixində Azərbaycan Dövlət Memarlıq və İnşaat universitetində keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Orxan Qədirov layihə haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, layihənin əsas məqsədi gənclər arasında iqtisadi biliklərin artırılmasıdır. Eyni zamanda sahibkarlıq fəaliyyətinə dövlətin göstərdiyi dəstək və azad bazar iqtisadiyyatı şəraitində digər ölkələrin təcrübəsinin, maliyyə bazarlarının və fond birjalarının iqtisadi konyukturasının təhlilinin aparılmasıdır. O, müsabiqədə iştirak edəcək tələbələrə sertifikatların təqdim olunacağını tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Orxan Qədirovun çıxışından sonra “Sıfır büdcə ilə necə gənc sahibkar olmaq olar?” adlı layihənin açılış mərasimində SMM sahə üzrə təlimçi Kamran Saleh qeyd edib ki, Azərbaycanın tarixinə nəzər salsaq, onun hər mərhələsində gənclərimizin özünəməxsus rol oynadığının şahidi olarıq. Azərbaycanda iqtisadiyyat sferasında gənclər olduqca aktivdir. Bu da onu göstərir ki, ölkədə yeni vüsət alan iqtisadiyyatda gənclərin rolu artır, sahibkarlıq fəaliyyətinin gənclərə təşviq etmək üçün ölkəmizdə bir sıra addımlar atılır,gənclərin sahəyə maraq yaratmaq və cəlb etməyin yolları araşdırılır.
Daha sonra təlimdə iştirak edən tələbələrlə diskusialar aparılmış və suallar cavablandırılmışdır. Açılış mərasiminin sonunda layihə rəhbəri Orxan Qədirov bütün iştirakçılara uğur arzu edib. O, həmçinin, ona göstərdiyi etimada görə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fonduna, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinə və dəstəyə görə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin müəllim və tələbə kollektivinə dərin təşəkkürlərini bildirib.