“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycanın işğal altında olan ərazilərində tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliği” layihəsi çərçivəsində növbəti təlimini keçirmişdir.
Biləsuvar, Cəbrayıl rayonu köçkünlər qəsəbəsində baş tutan təlimdə Cəbrayıl Rayon Gənclər və İdman idarəsinin rəisi Emil Məstəliyev, Cəbrayıl rayon, İ.Quliyev adına Böyük Mərcanlı kənd tam orta məktəbin direktor müavini Dilqəm Əmiraslanov iştirak etmişdir.
Rayon Gənclər və İdman idarəsinin rəisi Emil Məstəliyev çıxış edərək qeyd etmişdir ki, Azərbaycanın mill-mədəni dəyərlərinin və işğal olunmuş ərazilərində tarixi abidələrinin ermənilər tərəfindən dağıdılması və mənimsənilməsi hallarını ifşa edən dəlilləri aşkarlayaraq ictimaiyyətə çatdırılması tədqirəlayiqdir və bu abidələrin mühafizəsi istiqamətində beynəlxalq təşkilatların göməyindən istifadə etmək lazımdır. Natiq onu da qeyd etdi ki, ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində düşmənə sarsıdıcı zərbələr endirildi və torpaqlarımızın işğal olunmuş ərazilərindən bir hissə geri alındı. Lələtəpə yüksəkliyi daxil olmaqla erməni ordusu həmin ərazilərdən tamamilə qovuludu və Cocuq Mərcanlı kəndi bütünlüklə Silahlı Qüvvələrimizin nəzarətinə keçdi. Cocuq Mərcanlı kəndinin bərpası və yerli əhalinin buraya köçürülməsi ilə başlanan “Böyük qaydış”ın təməli qoyuldu. Bu şanlı qələbə növbəti dəfə istər erməni qəsbkarlarına, istəsə də dünyaya Azərbaycan xalqının və dövlətinin gücünü bir daha nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə torpaqlarımızı düşmən işğalından azad edəcəyik, tarixi abidələrimizə sahib çıxacağıq və üçrəngli bayrağımızı Lələtəpə və Talış yüksəkliklərində olduğu kimi, doğma Qarabağımızın hər bir guşəsində dalğalandıracağıq.
Sonda söz təlimçiyə verildi. Təlimçi də mövzu ətrafında gənclərə ətraflı məlumat verdi.
Növbəti təlimlər Ağdam və Füzuli rayonlarında davam edəcək.