Azərbaycan Respublikasının Prezidenti Yaninda Gənclər Fondunun maliyyə dəstəyi ilə “İctimai davranış qaydaları” layihəsi həyata keçirildi.
11.01.2018-tarixində Sabunçu Gənclər Evində Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi olan “İctimai davranış qaydaları” adlı layihənin təqdimat mərasimi baş tutdu.
Layihənin əsas məqsədi biz vətəndaşların ictimai davranışlarımızı doğru bilib, düzgün şəkildə onlardan istifadə etmək və öyrəndiklərimizi yeni nəslə aşılamaq. Həmçinin şəhərimizin eləcədə cəmiyyətimizin ictimai mədəniyyət səviyəsinin yüksəldilməsi, Azərbaycan gəncinin mədəni inkişafında eyni zamanda şəhərimizdə ictimai mədəniyyətin aşılanmasında gənclərin rolunu artırmaqdır.
Tədbirdə Sabunçu rayonunda yerləşən 12-saylı Bakı Peşə Liseyinin aktiv tələbələri iştirak etdi.
Təqdimat mərasimi ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Daha sonra Layihə rəhbəri Əli Məmmədzadə tədbirdə iştirak edən iştirakçılara bu gün bura yığışmaqda əsas məqsədimizin İctimai Davranış Qaydaları haqqında çəkdiyimiz sosial çarxın təqdimat mərasimi olduğunu dedi. Sonra videoçarx iştirakçılar tərəfindən böyük marağla izlənildi.
Əli Məmmədzadə öz çıxışında tədbir iştiraçılarına içtimai davranış qaydaları haqqında məlumat verdi və Məqsədimizin, bizi narahat edən ictimai davranışda olan problemi sosial rolik vastəsilə ilə cəmiyyət üzvlərinin hər birinə catdırmaqdan ibarət olduğun dedi.
Daha sonra layihə rəhbəri Videoçarxın ərsəyə gəlməsində köməklik göstərənlərə, xüsusi ilə layihə koordinatorlarına, Cəfərov Toğrul, Kazımlı Qalib, videoçarxda olan aktyorlara və videoçarxın təqdimat mərasimi üçün gözəl şəraiti yaratdığına görə Sabunçu Gənclər Evinin rəhbərliyi və kollektivinə öz minnətdarlığını bildirdi.
Yekun olaraq layihəninin bağlanış mərasimi baş tutdu və iştirakçılar hədiyyə ilə mükafatlandırıldılar.
Daha sonra layihə heyəti və iştirakçılar çay şirniyyat süfrəsi arxasında səmimi həmsöhbət oldu.
https://www.youtube.com/watch?v=tAQEBA69mL4 – videoçarx
Layihə rəhbəri: Məmmədzadə Əli
Koordinatorlar – Cəfərov Toğrul, Kazımlı Qalib