Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Sağlam vətənpərvər olaq” layihəsinə yekun vurulub.
Layihənin əsas məqsədi internat məzunu olan gənclərə vətənpərvərlik və sağlam həyat tərzi mövzularında silsilə təlimlərin keçirilməsi, onların bu mövzuda biliklərinin artırılmasıdır. Layihə zamanı rayonlara və tarixi yerlərə səfər təşkil olunub. Nizami rayon İcra Hakimiyyətinin müavini və nümayəndəsi gəclərə internat məzunları ilə bağlı dövlətimizin həyata keçirdiyi çox saylı tədbirlərdən, sosial layihələrdən danışıb və multikulturalizimlə bağlı ətraflı məlumat verdi.
Layihənin icra planına əsasən internat məzunları üçün 4 mövzuda təlim keçirilib:
- Vətənpərvərlik;
- Zərərli vərdişlər;
- Fəal vətəndaş;
- Multikulturalizm.
Təlimlərin daha effektiv olması üçün, vətənpərvərlik mövzusunda seminarlarla bərabər işğaldan azad olunan Cocuq mərcanlı kəndinə, Quba məzarlığına və 2017-ci il üçün MDB paytaxtı seçilən Gəncə şəhərinə 2 günlük tur təşgil olunmuşdur.
Turun məqsədi şəhər və rayonlarla tanışlıq, tarixi yerlərə və muzeylərə ekskursiyalar təşkil etməklə Azərbaycanın tarixi və qəhrəmanları haqqında, 1918-ci ildə ermənilər və bolşeviklər tərəfindən torədilmiş soyqırımlar və ermənilərin əsirlər boyu başımıza gətirdiyi vəhşiliklər haqqında gənclərimizı məlumatlandırmaq olmuşdur.