11,13 və 15 dekabr 2017-ci il tarixlərində “Binəqədi Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin inzibati binasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yığım Oyunu” adlı layihə reallaşdırılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının 3 cü kurs tələbəsi Qurban Quliyev, ilk öncə açılış nitqi ilə gələn iştirakçıları salamlayıb,layihənin gənclərin maliyyə bilgilərinin praktiki inkişafına müsbət təsirindən danışan layihə rəhbəri, daha sonra bütün komandalara uğurlar arzu edərək eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna da gənclərə göstərdiyi dəstək üçün öz dərin minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, layihə 3 gün davam edib və hər gün 5 komanda olmaqla ümumilikdə 100 ə yaxın gənc layihədən faydalanmışdır.