Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsi çərçivəsində qalib olmuş Azərbaycan Skautlar Assosiasiyası İctimai Birliyinin “Azərbaycan qarşısında borc” gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi təşəbbüsü” layihəsinin təşkilatdaxili təqdimatı keçirilmişdir.
Təqdimat 21 yanvar 2018-ci il tarixində Azərbaycan Skautlar Assosiasiyasının ofisində təşkil olunmuşdur. Təqdimatda təşkilatın Milli Komitəsinin, idarə heyətinin üzvləri və həmçinin təşkilatın digər fəal üzvləri də iştirak etmişdir.
Onu da qeyd edək ki, layihənin əsas məqsədi: skaut hərəkatı vasitəsilə regionlarda yeniyetmə və gəncləri vətənpərvər ruhda tərbiyə etmək, onların ictimai fəallığını artırmaq, Respublika səviyyəsində hərəkatın inkişafına nail olmaq və bununla da ölkəmizdə uğurla davam etdirilən gənclər siyasətinə tövhə verməkdir. Məhz bu səbəbdəndə, layihənin ümumi fəaliyyət planına uyğun olaraq növbəti təqdimat görüşləri 6 rayonda olacaqdır:
Şirvan şəhəri 03.02.2018
Quba rayonu 04.02.2018
Xaçmaz rayonu 04.02.2018
Mingəçevir şəhəri 11.02.2018
Ağdam rayonu 17.02.2018
Balakən rayonu 24.02.2018
Rayonlarda təqdimatdan sonra görüşdə iştirak edənlərə anketlər paylanılacaq. Daha sonra isə anketlər oxunaraq təhlil olunduqdan sonra seçilmiş gənclər ilə müsahibə keçiriləcəkdir. Müsahibənin də nəticəsinə uyğun olaraq hər rayondan 2-3 gənc layihədə iştirak haqqı qazanacaqdır. Layihədə iştirak edəcək gənclərə layihə çərçivəsində skaut uniforması, liderlik məktəbində, skaut təlim və düşərgəsində iştirak ödənişsiz olacaqdır. Həmçinin mart ayında keçiriləcək Liderlik məktəbindən sonra 3 ay ərzində (aprel, may və iyun) qeyd olunmuş rayonlarda layihə iştirakçıları 11-15 yaşlı uşaq və yeniyetmələrdən ibarət skaut dəstələri yaradacaqlar ki, məhz bu dəstənin üzvlərinə də iyulda təşkil olunacaq 8 günlük yay düşərgəsində iştirak ödənişsiz olacaqdır.
Beləliklə, yuxarıda qeyd olunmuş rayonlarda yaşayan 18 yaşdan yuxarı və skaut həyat tərzinə marağı olan gəncləri təqdimatda iştirak etməyə və layihəmizin iştirakçısı olmağa dəvət edirik.
Layihə haqqında daha ətraflı məlumat əldə etmək və yaxudda könüllü olmaq istəyirsinizsə aşağıdakı vasitələr ilə bizlə əlaqə saxlaya bilərsiniz:
1. [email protected]
2. +994 70 917 54 51 (Hüseyn Hüseynov)
+994 55 400 14 88
3. https://www.facebook.com/hu seyn.huseynov.18
2. +994 70 917 54 51 (Hüseyn Hüseynov)
+994 55 400 14 88
3. https://www.facebook.com/hu