Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin Maarifləndirilməsi və Təlimi” ictimai birliyi “Aprel döyüşləri qəhrəmanlıq salnaməmizdir” adlı layihəyə yekun vurmuşdur. Layihə Ağdam rayonunun 1 saylı, 146, saylı, 12 saylı və 3 saylı köçkün məktəblərində həyata keçirilmişdir. Bu barədə məlumat verən təşkilatın sədri Elnurə Əsgərova bildirmişdir ki, layihə çərçivəsində müasir tariximizə “Aprel döyüşləri” adı ilə yazılan 2016-cı ilin aprel ayında baş verən döyüşlər, bu şanlı salnamədə vətən oğullarımızın nümayiş etdirdikləri əsl qəhrəmanlıq nümunələri haqqında yeniyetmə və gənclər arasında təbliğat kompaniyaları həyata keçirilmişdir. Layihənin əsas mahiyyəti orta məktəblərdə təhsil alan şagirdlər arasında “Aprel döyüşləri” və “Aprel şəhidləri” haqqında təbliğat aparmaq, qəhrəman döyüşçülərimizi, hərbiçilərimizi tanıtmaq, şəhidlərimizin xatirəsini yaşatmaq idi. O, bildirmişdir ki, təşkil olunan görüşlərdə Ağdam rayonunun 1 saylı, 146, saylı, 12 saylı və 3 saylı köçkün məktəblərin şagirdləri fəal iştirak edərək əsl nümunəvi vətənpərvərlik davranışları göstərmiş, qəhrəman şəhidlərimizin xatirəsinə aid şerlər ifa etmiş, səhnəciklər göstərmişlər. E.Əsgərova bildirmişdir ki, Bu layihə yeniyetmə və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasına xidmət edəcəkdir.
Layihə çərçivəsində Aprel döyüşlərində şəhid olan qəhrəman vətən oğulları barədə kitabçalar və bukletlər nəşr edilərək iştirakçılara paylanılmışdır.