26 yanvar 2018-ci il tarixində Bakıda artıq 2-ci dəfə “Yaşıl İncəsənət” rəsm-sərgi müsabiqəsi baş tutub.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi Səkinə Həsənovanın “Yaşıl İncəsənət” rəsm sərgi-müsabiqəsi, ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” təşəbbüsü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, İmprotex Motors, Garden Shop-un dəstəyi ilə həyata keçirilib.
Layihənin əsas məqsədi müasir incəsənətdə mənzərə və natürmort janrlarının rolunu, əhəmiyyətini artırmaq, ətraf mühitin mühafizəsinə, Azərbaycanın relikt flora və fauna nümunələri, təbiət qoruqlarının bənzərsiz gözəlliklərinə maraq və diqqəti cəlb etməkdir.
Tədbirdə sərgilənmiş mənzərə və natürmort janrlarınnda təbiəti əks etdirən 70 rəsm əsəri münsiflər heyəti tərəfindən qiymətləndirildikdən sonra 3 ən yaxşı rəsm və 15 fərqlənən əsərinin müəlliflərinə xüsusi diplom və pul mükafatları təqdim edilib.