Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə X qrant müsabiqəsinin qalibi, Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin psixoloqu, Gənc Psixoloqlar İctimai Birliyinin idarə heyətinin üzvü Aytac Abbasbəylinin “Xəyalımın illustrasiyaları” adlı layihəsi keçirilib.
Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində keçirilən layihənin açılış mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova və Bakı Dövlət Universitetinin doktorantı, klinik psixoloq Səyyarə Yusubova iştirak ediblər. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Aytac Abbasbəyli layihə haqqında geniş məlumat verib, layihənin müasir dövr üçün aktuallığından danışıb və layihənin icrasında göstərilən dəstəyə görə təşkilatçılara öz təşəkkürünü bildirib. Qed edək ki, layihənin əsas məqsədi iki yaradıcı sahəni bədii ədəbiyyatı və rəssamlığı birləşdirmək idi.
Layihənin ikinci görüşü Yanvar ayının 10-da layihə iştirakçıları olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri və həvəskar oxucuların iştirakı ilə keçirildi. Təlimçi Zümrüd Əkbərovanın moderatorluğu ilə gənclər yazıçı Afaq Məsudun “Sərçələr” əsərinin bədii-psixoloji təhlilini apardılar, bədii və elimi ədəbiyyatın təhlil qadaları haqqında geniş məlumat əldə ediblər.
25 Yanvar 2018-ci ildə Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində layihənin bağlanış mərasimi və çəkilmiş əsərlərin yekun sərgisi keçirilib. Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, xalq rəssamı Arif Hüseynov, yazıçı Afaq Məsudun müşaviri Könül Əliyeva, layihə iştirakçıları – Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri və KİV nümayəndələri iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Aytac Abbasbəyli bir-birindən fərqli səhnələri ifadə edən bu tabloların bütövlükdə “Sərçələr” əsərinin tam görüntüsünü yaratdığını, sərgiyə toplanan izləyicilərin bu rəsmlərlə sanki əsərə vizual səyahət etmiş olduğunu bildirib. Ardınca söz Xalq rəssamı Arif Hüseynova verilib. A.Hüseynov ədəbiyyatın rəssamlıqla vəhdətinin maraqlı hadisə olduğunu və yazıçı Afaq Məsud yaradıcılığı, əsərlərinin fəlsəfi və psixoloji gücü haqqında danışıb və qeyd edib ki, Afaq Məsudun bir əsəri – onu eyni zamanda müxtəlif rəssamların ifadə etməyinə imkan yaradır. Bu formatda olan layihələrin daha çox təşkil olunmasının xalqın həm rəssamlığa, həm də bədii ədəbiyyata marağının daha da artmasına səbəb ola biləcəyini qeyd edib.
Sonra Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimləri çıxış ediblər.
Daha sonra söz gənc rəssamlara verilib. Onlar əsəri təhlil edərək fikirlərini bölüşüblər.
Sərginin sonunda gənc rəssamlara sertifikatlar verilib, I, II və III yerin qalibləri seçilib.
I yerə Binnətova Kübra, II yerə Məmmədov İskəndər, III yerə Saatova Zöhrə layiq görülüb.