16-19 yanvar 2018-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu Qrant müsabiqəsində Ələsgərli Mətləb Sabir oğlunun qalib olduğu “Sağlamlıq gəncliyimizin amalıdır” layihəsi Beyləqan rayonunda uğurla həyata keçirilmişdir.
Layihə çərçivəsində Regionda yeniyetmə və gənclərin problemlərinin aşkar edilməsi, asudə vaxtlarının səmərəli təşkil olunması, həmçinin pis vərdişlərdən uzaq qalmalarına və sağlam gələcək qurmalarına dəstək verəcək seminarlar təşkil olunmuşdur. Ümumilikdə 100 nəfər məktəblinin iştirak etdiyi seminarlarda radikal meyillərin, zərərli vərdişlərin o cümlədən tütün, narkotik vasitələrin, spirtli içkilərin insan sağlamlığına vurduğu zərərlərdən bəhs edən çıxışlar olmuşdur.
Layihənin əsas məqsədi Tolerantlığın, Azərbaycançılıq ideyasının cəmiyyətdə, əlalxüsus gənclərə təbliği və maarifləndirmə işinə yardımçı olmaq, bu yolla region gənclərinin asudə vaxtlarının səmərəliliyini qorumaq, pis vərdişlərdən və radikal meyillərdən çəkindirməkdir.