[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/09/Fotolar-91.jpg” ]
Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi Azərbaycan Gənlər Fondunun dəstəyi ilə “Yeni İdarəçilər Məktəbi” adlanan layihəni həyata keçirəcək. Layihənin məqsədi regionlarda gənclərə idarəçilik və liderlik mövzusunda təlimlər, interaktiv seminarlar, debatlar təşkil etməklə onların bu sahədə yeni bilik və bacarıqlarının artırılmasına nail olmaqdır. “Yeni İdarəçilər Məktəbi”-nə bu sahə üzrə tədqiqatlar aparmış və tanınmış mütəxəssislər cəlb ediləcək. Layihə iştirakçılarına lider və idarəçiliyin əsasları, liderə məxsus olmalı xüsusiyyətlər və s. kimi konseptual mövzular haqqında təlim veriləcək. Nəzərdə tutulan təlim kursu potensiallı iştirakçılara idarəçiliyin müxtəlif sahələrində (dövlət, özəl və ictimai sektor) menecerlərin təcrübədə tətbiq etdiyi alətlərdən istifadəni aşılayacaq, onları ölkədə və dünyada mövcud olan təcrübə ilə tanış edəcək.
Sentyabırın 29-dan başlayacaq “Yeni İdarəçilər Məktəbi” Mingəçevir, Gəncə, Qazax, Tovuz və Goranboy rayonlarında baş tutacaq. Layihənin hədəf qrupu müxtəlif regionlardan olan 18-30 yaş arası gənclərdir. Bura ali təhsil müəssisələrinin tələbələri, dövlət, özəl və ictimai sektorda işləyən gənc mütəxəssislər daxildir. Bundan başqa, layihə çərçivəsində gənclər arasında “Yeni İdarəçilər Şəbəkəsi”-nin qurulması ilə ünsiyyət körpüsünün yaradılması və onlar arasında əməkdaşlığın formalaşdırılması da nəzərdə tutulub. O cümlədən, iştirakçılar məlumat kitabçaları, kiçik broşur və bukletlərlə, müxtəlif paylama materialları ilə təmin olunacaqlar.
Qeyd edək ki, sentyabr ayının 29-u və 30-u “Yeni İdarəçilər Məktəbi” layihəsinin ilk görüşləri Gəncə və Mingəçevir şəhərlərinin idarəçilik sahəsində bacarıqlarını artırmaq istəyən gənclər ilə baş tutacaq.