[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/10/IMG_1899.jpg” ]
Bildiyiniz kimi, 12-13 Oktyabr 2012-ci il tarixində, Moskvanın “Holiday İnn Moskva Sokolniki” otelində Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) hesabat-seçki konfransı keçirilir. Konfransın ilk günündə Azərbaycan və Rusiyanın Gənclər Təşkilatları nümayəndələrinin Dialoq və əməkdaşlıq görüşü baş tutmuşdur. Görüşün moderatoru Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə gəncləri salamlamış, daha sonra gənclər təmsil etdikləri təşkilatları təqdim etmişlər. Tanışlıqdan sonra söz Azərbaycan Gənclər Fonduna verilmişdir. Fondun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun baş məsləhətçisi Nərminə Əliyeva Fondun təqdimatını keçirmiş, Fonda müraciət etmə, layihə təqdim etmə prosedur və qaydaları barədə ətraflı məlumat vermişdir. Gənclər Fondunun fəaliyyəti Rusiyanın Gənclər təşkilatları nümayəndələrinin böyük marağına səbəb olmuş, gənclərin çoxsaylı sualları cavablandırılmışdır.
Daha sonra görüşün moderatoru Ş.Seyidzadə Rusiya və Azərbaycan gənclərinin birgə əməkdaşlığı məsələsinə toxunmuş, gəncləri gələcəkdə daha da sıx əlaqələr qurmağa, qarşılıqlı fəaliyyətə çağırmışdır.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”3356″ id=”3356″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]