[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/10/PA103471.jpg” ]
Gənc Mühasiblər Birliyi (GMB) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi ilə “Gənclər Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına keçid” adlı layihəsinin icrasını davam etdirir.
Layihənin əsas məqsədi gənclər təşkilatlarında mühasibat uçotunun yeni standartına keçməsi ilə əlaqədar yaranmış boşluqları aradan qaldırmaq, gənclər təşkilatları üçün Milli Mühasibat Uçotu Standartının tətbiqinə dair təlimlərin təşkili, məsləhət və maarifləndirmə işinin aparılmasıdır. Layihənin həyata keçirilməsi Bakı şəhəri, Gəncə şəhəri və Qəbələ rayonunda nəzərdə tutulmuşdur. Layihə çərçivəsində GMB Bakı şəhərində gənclər təşkilatlarının mühasibləri üçün maarifləndirici təlimlər təşkil etmişdir. Təlimlərdə daha çox QHT-də hesabatlılıq, QHT-lər üçün milli mühasibat uçotu standartının məqsədi, maliyyə vəziyyəti haqqında hesabatların doldurulması qaydaları kimi mövzular müzakirə olunmuşdur. Bundan başqa xatırladaq ki, layihə müddətində “Gənc Mühasiblər” İctimai Birliyində qaynar xətt fəaliyyət göstərir. QHT-lər Mühasibatlıqla bağlı suallarına cavab almaq üçün qaynar xəttə (Qaynar xətt : 012-511-06-11) müraciət edə bilərlər.
Həmçinin layihədə nəzərdə tutulan “QHT mühasibatlığı üzrə Praktikum” adlı kitabın yazılışı da davam etdirilir.