[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/10/DSC_1378.jpg” ]
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) “Gənclərin peşə təhsili və ixtisaslarla bağlı maarifləndirilməsi” adlı layihənin təlimini Bakı şəhərində keçirmişdir. Tədbirdə “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov çıxış edərək gənclərin gələcək həyatları ilə bağlı bazar iqtisadiyyatının tələblərinə cavab verən texniki peşə seçimi ilə maarifləndirilməsinin çox önəmli olduğunu bildirmişdir. Daha sonra “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) “Gənclər Mərkəzi”nin sədri və layihə təlimçisi İmamova Aida, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin “Hüquq Mərkəzi”nin sədr müavini Orxan Vəliyev, “Gənclər Mərkəzi”nin sədr müavini Ağayeva Günel və “Gənclər Mərkəzi”nin üzvü Əliyev Nurlan çıxış edərək gənclərə layihə haqqında ətraflı məlumat çatdırmışlar. Tədbirdə gənclərin gələcək ixtisas seçimi ilə bağlı sosioloji sorğu keçirilmiş və təlimdə iştirak edən gənclər TUMİB-in diplomu ilə təltif edilmişdir. Tədbirdə orta məktəb şagirdləri, orta məktəb məzunları ilə yanaşı QHT təmsilçiləri də iştirak etmişlər.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”3392″ id=”3392″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]