[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/10/DSC_0023.jpg” ]
13 Oktyabr 2012-ci il tarixində, Zərdab şəhər 3 saylı orta məktəbin akt zalında “Gəncliyə dəstək” İB Azərbaycan Gənclər Fondunun dəstəyi ilə keçirdiyi “Gənclərin peşə təhsilinin stimullaşdırılması və düzgün ixtisas seçiminə yönəldilməsi” adlı layihəsi çərçivəsində rayon gəncləri və aidiyyatı təşkilatların nümayəndələri ilə birgə dəyirmi masa ətrafinda toplaşıblar .
Tədbiri “Gəncliyə dəstək” İB-nin sədri Eldar Xəlilov açıq elan edərək layihənin məqsədini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Daha sonra Zərdab rayon Məşğulluq Mərkəzinin direktoru Ədalət Rəhimov çıxış edərək gənclərə əmək bazarındakı real tələbata uyğun peşə seçməyi məsləhət görüb. Toplantı iştirakçılarından Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ceyhun Ağayev də öz növbəsində gəncləri düzgün istiqamətdə maarifləndirmişdir. Müzakirələrin nəticəsi olaraq dəyirmi masa iştirakçıları belə bir fikrə gəliblər ki, hər məktəbdə şagirdlərin peşə seçimində istiqamətləndirilməsi üçün bir müəllimin bu sahə üzrə məşğul olması nəzərə alınsın.
Sonda “Gəncliyə dəstək” İB-nin sədri Eldar Xəlilov tədbir istirakçılarına təşəkkürünü bildirərək qeyd edib ki, layihə Zərdab gənclərinin məşğulluğunun təmin olunmasına, onların yaradıcılıq potensialının inkişafına və “Azərbaycan Gəncliyi 2011-2015 –ci illərdə” Dövlət proqramının həyata keçirilməsi üzrə müvafiq tədbirlər planında nəzərdə tutulan fəaliyyətin icrasına yönəlməklə gənclər işinə böyük töhfələr verəcəkdir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”3492″ id=”3492″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]