[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/10/DSC00291.jpg” ]
“Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Fəal vətəndaşlıq və gənclərin QHT-lərdə iştirakı” adlı layihənin icrasını davam edir.
Layihənin rəhbəri Fariz Budaqov məlumat verib ki, layihənin məqsədi regionlarda aktiv vətəndaşlığın artırılması, gənclər arasında QHT institutunun yaradılması və inkişafı prosesinə yardım etmək, regionlarda vətəndaş cəmiyyəti institutlarının inkişafına gənclərin töfhə verməsi, regionlarda yeni gənclər QHT-lərinin yaradılmasının təşviq edilməsi, regionlarda gənclər QHT-lərinin güclənməsi, region gənclərinin gənclər işində iştirakınının artırılması, region gənclərinin liderlik keyfiyyətlərinin artırılmasıdır.
Hər gün 25 nəfər Ağcəbədidən olan gənclərə, yerli gənclər təşkilatlarına QHT institutu və idarəçiliyi, beynəlxalq proqramlar mövzusunda, liderlik keyfiyyətlərinə dair, gənclər QHT-ləri ilə icma gəncləri arasında əlaqələrin qurulması, layihə yazılışı, fond axtarışı mövzularında təlimlər keçirilir. Layihə çərçivəsində QHT və layihə idarəçiliyi üzrə gənclərdən ibarət təşəbbüs qrupu yaradılacaq. Bu qrup gələcəkdə aidiyyatı fəaliyyətlə məşğul olacaq və təlimlər keçəcək.
Layihə çərçivəsində mövzu ilə əlaqədar olaraq nəşr məhsulları gənclər arasında paylanmışdır.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”3518″ id=”3518″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]