[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/10/Baku_PR_Experience_171012_06.jpg” ]
“Synergy Partnerships” şirkətinin və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə BƏƏ-də yerləşən “P World” şirkəti 17 oktyabr tarixində “Baku PR Experience” konfransını keçirmişdir. Azərbaycanda bu ilin ən gözlənilən biznes tədbiri “Hilton” otelində keçirilib. Orada dünyanın PR sahəsində çalışan ən yaxşı mütəxəssisləri, BBC-də kommunikasiyalar məsələləri üzrə əsas məsləhətçi olmuş Stilin Donald daxil olmaqla, “Qazprom”un PR-direktorları olmuş Filipp Dyuherst, Böyük Britaniyanın Qrinviç Universitetinin mühazirəçisi, kommunikasiyalar və reklam üzrə mütəxəssis Conatan Vilson və başqaları iştirak edib.
“PR Experience” Avropada ən böyük PR-hadisədir. Yalnız 2012-ci ildə Belqradda, Zaqrebdə, Dubayda, Praqada və Moskvada keçirilən tədbirlərdə 2000-dən çox nümayəndə iştirak edib. “Zerkalo” qəzeti, Trend Beynəlxalq İnformasiya Agentliyi, Boutique Magazine, biznesinfo.az və mak.az tədbirin media tərəfdaşlarıdır.
Tədbirdə çıxış edən Azərbaycan Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov konfrans iştirakçılarına Fondun fəaliyyəti haqqında məlumat vermiş və Fondun təqdimatını keçirmişdir.