[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/10/siaphoto_317276.jpg” ]
Bakıda “Azərbaycan-ABŞ əməkdaşlığının regionda sülh və təhlükəsizliyin təmin edilməsində rolu” mövzusunda konfrans keçirilmişdir. Konfrans Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi tərəfindən təşkil olunub. Konfransı Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov açıq elan edib.
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq iki ölkənin bir sıra sahələrdə, o cümlədən İSAF çərçivəsində, regional və qlobal təhlükəsizlik sahələrində əməkdaşlıq etdiyini deyib. Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov çıxış etmişdir.
Konfrans çərçivəsində problemlər, regional təhlükəsizliyin perspektivləri, Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparılıb. Konfrans öz işini panellər üzrə davam etdirib. Tədbirdə ABŞ-dan ekspertlər, Azərbaycandakı diplomatik korpusun nümayəndələri iştirak etmişlər.