[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/10/DSC01653.jpg” ]
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi tərəfindən 8 avqust 2012–ci il tarixindən 10 oktyabr 2012–ci il tarixinə kimi həyata keçirilən “Azərbaycan xalqının soyqırım qurbanları” fotosərgisi çərçivəsində 15-16-17-18-19 oktyabr tarixlərində, Bərdə, Mingəçevir, Gəncə və Daşkəsən şəhərlərində “Soyqırım qurbanları” mövzusunda fotolardan və rəsm işlərindən ibarət açıq havada səyyar sərgi keçirilmiş və Soyqırım qurbanlarının xatirəsi yad edilmişdir.
Tədbirdə adı çəkilən şəhərlərin İcra Hakimiyyətlərinin nümayəndələri və 6-11-ci sinif şagirdləri böyük maraqla iştirak etmişlər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyin sədri Elşən Uluxanlı ayrı-ayrı regionlarda keçirilən “Azərbaycan xalqının soyqırım qurbanları” fotosərgisi haqqında ətraflı məlumat verərək qeyd edib ki, XIX-XX əsrlərdə erməni şovinistləri azərbaycanlılara qarşı çoxlu sayda geniş miqyaslı soyqırım cinayətləri törədiblər. Ermənilərin azərbaycanlılara qarşı dəfələrlə törətdiyi soyqırımların qurbanlarına həsr olunmuş Muzeyin yaradılması bu problemin aradan qaldırılmasında Azərbaycan xalqının tapdanmış hüquqlarının bərpası istiqamətində atılacaq mühüm addım olacaq. Elşən Uluxanlı çıxışının sonunda qeyd edib ki, “Soyqırım qurbanları” mövzusunda növbəti səyyar sərgi İsmayıllı, Qəbələ, Qax , Şəki, Xaçmaz, Quba , Cəlilabad, Astara, Sumqayıt və Abşeron rayonlarında keçirilərək Soyqırımı qurbanlarının xatirəsi yad ediləcəkdir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”3583″ id=”3583″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]