[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/10/qizilbash-gmibb-0002.jpg” ]
“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi cəbhə bölgəsində gənclər üçün seminar keçirib. Tədbir Füzuli rayonunun Qayıdış qəsəbəsində baş tutub. Tədbirə qəsəbədə yaşayan gənclər və yeniyetmələr qatılıblar. Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənən “Gələcək üçün: Zərərli vərdiş və riskli davranışlardan imtina” layihəsi çərçivəsində keçirilən seminar maarifləndirmə xarakteri daşıyıb.
Seminarda təşkilatın koordinatoru Mirmehdi İbişov, sədri Elnur Məmmədov məruzə ilə çıxış ediblər. Gənclər arasında zərərli vərdişlərin aradan qaldırılması ilə bağlı çıxış edən M. İbişov bildirib ki, cəbhə bölgəsində gənclərin məşğulluğunun olmaması bir sıra problemlərə yol açır. Bunlardan biri də məhz zərərli vərdişlərə aludə olmaqdır.
Seminarda İctimai Birlik tərəfindən layihə çərçivəsində hazırlanmış çap məhsulları iştirakçılara paylanılıb. Bundan başqa, diskussiya təşkil olunub, problemdən çıxış yolu ilə bağlı iştirakçıların təklifləri dinlənilib.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”3649″ id=”3649″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]