[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/10/Lənkəran_qalası.jpeg” ]
“Gənclər Arasında Mübadilə” İctimai Birliyi “Liderlik və inkişaf düşərgəsi” layihəsini həyata keçirir. Təlimlərin keçirilməsi 24-28 Oktyabr 2012-ci il tarixlərində Lənkəran rayonunda “Palıdlı Sahil” istirahət düşərgəsində keçirilməsi planlaşdırılır.
Layihənin əsas məqsədi regionlardan olan gənclərə və QHT nümayəndələrinə müxtəlif mövzular ətrafında metodiki və praktiki bilik və bacarıqların verilməsidir.
Məhz bu fəaliyyət istiqamətində yüksək nəticələrin əldə olunması üçün Gənc Təlimçi Məktəbi Azərbaycanın müxtəlif regionlarından olan 20 aktiv gənci seçərək onlara 5 günlük təlimçilər üçün təlim təşkil edəcək. Bu təlimçilər üçün təlim regionlardan olan 20 aktiv gənc təlimçini yetişdirməklə yanaşı, bu gənclərin icraetmə və planlaşdırma bacarıqlarının formalaşmasına xidmət edəcəkdir.