[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/10/ekoloji-layihe-2.jpg” ]
“Uğurlu Gələcək” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə icra etdiyi “Gənclərin ekoloji təfəkkürünün inkişafı” layihəsi çərçivəsində Mingəçevir şəhərində növbəti təlim proqramına başlayıb.
Əsas məqsədi gənclərin ekoloji təfəkkürünün inkişaf etdirilməsi və ətraf mühitlə bağlı təşəbbüskarlığının artırılmasına dəstək olan təlimlərə müxtəlif ali və orta təhsil ocaqlarının tələbələri, şəhərin fəal gəncləri və QHT nümayəndələri cəlb olunmuşdur. Birliyin sədri Mübariz Qədirovun məlumatına görə, silsilə olaraq davam edəcək təlim proqramı ilə yanaşı, gənclərin ekoloji tədbirlərinin həyata keçirilməsinə və digər praktik fəaliyyətlərə də dəstək veriləcək.
Qeyd edək ki, təlimlər Liverpul Universitetinin məzunu, ətraf mühitin idarə edilməsi üzrə mütəxəssis Ramiz Babayev tərəfindən keçirilir.