[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/10/Gence7.jpg” ]
“Azərbaycan – Avropa Gənclərinin Əməkdaşlığı” İctimai Birliyi, Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı ilə birgə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycan – gözəl diyar!” adlı layihəni icra edir. Layihə çərçivəsində Dünya Azərbaycanlıları Gənclər Birliyinin isə təşkilati dəstəyi ilə əcnəbi tələbələrə Azərbaycan, Qarabağ həqiqətləri haqqında kitablar, bayraqlar və köynəklər hədiyyə olunub.
29-30 sentyabr 2012-ci il tarixində ilk səfər Lənkəran şəhərinə təşkil olunub. Səfər çərçivəsində Lənkəranda Azərbaycanda təhsil alan əcnəbi tələbələr Heydər Əliyev mərkəzi, Həzi Aslanovun ev muzeyi, Lənkəran Tarix Diyarşünaslıq muzeyi, Dairəvi Qala abidə kompleksi, Lənkəran Dövlət Dram Teatrı ilə tanış olublar. Lənkəran Gənclər evində isə tələbələrin Lənkəran Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı və region gəncləri ilə görüşü həyata keçirilib.
6-7 oktyabr 2012-ci il tarixində isə növbəti səfər Gəncə şəhərinə olub. Azərbaycanın qədim şəhəri olan Gəncədə əcnəbi tələbələr Gəncə şəhər Tarix Diyarşünaslıq muzeyində, Şah Abbas Cümə məscidində, Cavadxanın məqbərəsində olublar. Daha sonra, Gəncədə məşhur olan Xan bağı, Çökək hamam kompleksi ilə tanış olublar. Ümummilli liderimiz Heydər Əliyevin xatirə muzeyində olan xaricilər dahi şəxsiyyətin həyat və yaradıcılığı ilə yaxından tanış olmuşlar. Bununla yanaşı, “Gələcəyə körpü” İctimai Birliyinin və Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının fəal üzvləri ilə görüşlər təşkil edilmişdir. Böyük marağa səbəb olan Şüşəli evdə də əcnəbi tələbələrə ekskursiya təşkil olunub. Qədim Hüsniyyə məscidində olan tələbələr sonda dahi şair Nizami Gəncəvinin məqbərəsini də ziyarət ediblər.
27-28 oktyabr 2012-ci il tarixində isə növbəti səfər Şəki şəhərinə olub. Şəkidə əcnəbi tələbələrimiz Kiş məbədində, Şəki Xan sarayında, Şəki Tarix diyarşünaslıq muzeyində regionun tarixi-mədəni abidələri ilə tanış olmuşlar.
Qeyd edək ki, layihədə Nigeriya, Türkiyə, Rusiya, Çin, Cənubi Koreya, Yaponiyadan olan və Azərbaycanda təhsil alan əcnəbi tələbələr iştrak edirlər. Layihənin əsas məqsədi Azərbaycanda təhsil alan xarici tələbələrə Azərbaycanın tarixini və mədəniyyətini tanıtdırmaqdır. Xarici tələbələrin növbəti səfəri Quba şəhərinə təşkil olunacaq.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”3802″ id=”3802″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]