[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/11/IMG_1121.jpg” ]
Noyabrın 4-də Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənən “Ədəbiyyat Şəbəkəsi” layihəsi Gədəbəydə təqdim olunub. Görüş Rayon Mədəniyyət və Turizm İdarəsində baş tutub. Görüşdə naşir Şahbaz Xuduoğlu, layihənin rəhbəri Nigar Köçərli və Bakıda fəaliyət göstərən BookClub-un üzvləri iştirak edirdilər. Görüşdə həm Gədəbəyin ziyalıları, həm də gənc kitabservərlər iştirak edib. Görüşdə iştirak edənlər hal-hazırda Gədəbəydə yaşanan kitab problemlərindən danışıblar. Gənclərin arzuları Gədəbəydə kitab bolluğu yaratmaq və yeni kitab mərkəzləri təsis etməkdir. Bakıdan gələn gənclər, eyni zamanda “Qanun” və “Əli və Nino” nəşriyyatları tərəfindən də Gədəbəy kitabsevərlərinə kitab hədiyyələri olunub.
Görüş iştirakçıları Gədəbəy şəhərinin mərkəzində flashmob keçiriblər. Flashmob yerli sakinlər tərəfindən də maraqla qarşılanıb.
Görüşdən sonra iştirakçılar Slavyanka kəndinə yollanıblar. Gənclər Slavyanka kənd məktəbinin rus dili müəllimi İsfəndiyar İsgəndərovun evində hətta dövlət kitabxanalarına bərabər tutula biləcək 2 mindən çox kitab olan şəxsi kitabxana ilə tanış olmuşlar. Sonra iştirakçılar Slavyankada mərkəzi kənd kitabxanasında olmuşlar.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”4121″ id=”4121″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]