[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/11/NDA_2086.jpg” ]
Müasir cəmiyyətin mədəni həyatında gənclərin intellektual və yaradıcı potensialının ortaya çıxarılması və dövlətin qarşısında duran ümummilli məsələlərin həllinə yönəldilməsi gənclərlə bərabər, bizim də öhdəmizə düşən vacib məsələdir.
Bu fikirləri Gün.Az-a açıqlamasında Gənclər Fondunun İcraçı direktoru Fərhad Hacıyev deyib.
Onun fikrincə, respublikamızda dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. O bildirib ki, ulu öndər tərəfindən əsası qoyulmuş və bu gün prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət gənclər siyasətinin uğurlu icrası nəticəsində gənclər üçün prioritet olan sahələrdə müsbət dəyişikliklər baş verib.
“Gənclərdən tələb olunan isə yaradılmış imkanlardan faydalanaraq, həm öz, həm də dövlətin inkişafı yolunda həyata keçirilən işlərdə aktivlik göstərməkdir”.
F.Hacıyev onu da qeyd edib ki, rəhbərlik etdiyi Gənclər Fondu tərəfindən də kreativ gənclərə xüsusi diqqət ayrılıb.
“Gənclər Fondu tərəfindən gənclər təşkilatlarına və fərdi gənclərə 5 kateqoriya üzrə qrantlar ayrılır. Fond tərəfindən verilən C kateqoriyası məhz yaradıcı-kreativ gənclər üçün nəzərdə tutulub. Azərbaycanda ilk dəfə olaraq fərdi qaydada istedadlı, fəal və yaradıcı gənclərin layihələri C kateqoriyasına təqdim olunmaqla dəstəklənir”. O həmçinin bildirib ki, gənclərin intellektual və yaradıcı potensialının inkişaf etdirilməsi, yaradıcı gənclərin teatr, kino, memarlıq, dizayn, müasir incəsənət sahəsindəki layihələrini maliyyələşdirərək yaradıcı gənclər kollektivlərinin ideyalarını həyata keçirmələrinə həm dövlət həm də fond tərəfindən dəstək göstərilir.
Fidan Əliyeva
Gün.Az