[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/12/484388_229536250511608_1162266192_n.jpg” ]
Gənclər Fondunun maliyyə dəstəyi ilə gerçəkləşən “Kənddən yeni həyata baxış” adlı layihə çərçivəsində Qəbələ və Yevlax şəhərlərinin ərazisində yerləşən kəndlərdə yaşayan gənc qızlara peşəyönümü istiqamətində həm maarifləndirici, eyni zamanda praktiki təlimlər həyata keçirilərək, onlara müxtəlif peşələrə yiyələnməyin yolları öyrədilməklə yanaşı, bilik və bacarıqlarının da üzə çıxarılmasına çalışılmışdır.
4 dekabr 2012-ci il tarixində həm Qəbələdə, həm də Yevlaxda layihənin yekun işləri başa vurularaq tədbirlər təşkil olunmuşdur. Qəbələdə təşkil olunmuş tədbirdə layihənin rəhbəri Nailə İsmayılova, layihə üzrə təlimçi Şəmsiyyə Əzimova, Milli QHT Forumunun Regional Ofisinin rəhbəri Qalib Nəbiyev, eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qəbələ rayonu üzrə Mərkəzinin direktoru, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qəbələ şəhəri Məşğulluq İdarəsinin əməkdaşı, regional QHT-lərin nümayəndələri, könüllülər və 25 nəfər peşə öyrənmək istiqamətində təlim keçmiş gənc qız iştirak etmişlər.
Digər tədbir ikinci pilot region kimi seçilmiş Yevlax şəhərində təşkil olunmuşdur. Kəndlərdən gələrək mütəşəkkil şəkildə layihədə iştirak edən qızlar təlim müddəti ərzində hazırladıqları əl işlərini nümayiş etdirmişlər. Sonda iştirakçı qızlara sertifikatlar təqdim olunmuşdur.