[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/12/undp.jpg” ]
Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” adlı birgə layihə həyata keçirilir. Layihənin ümumi məqsədi dövlət siyasətinin planlaşdırılması və nəticələrinin əldə olunmasına öz töhfələrini verməklə Azərbaycan gənclərinin qərarların qəbulu prosesində daha fəal iştirakını təmin etmək və onların gələcək liderlər və dövlət qulluqçuları kimi bacarıqlarını artırmaqdır. Layihə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının irəli sürdüyü prioritetləri dəstəkləyir və gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması məqsədinə xidmət edir.
Layihə çərçivəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası ilə birlikdə ölkənin gələcəyi haqqında gənclərin uzunmüddətli təfəkkür obrazının formalaşması məqsədilə 22-23 dekabr 2012-ci il tarixlərində, Bakı şəhərində “Azərbaycan 2020-ci ildə” mövzusunda Gənclər Düşərgəsi keçiriləcəkdir. Düşərgənin açlış mərasimi 22 dekabr 2012-ci il tarixində, saat 14:00-da, Novxanıda “AF Hotel & Aqua Park” istirahət kompleksində keçiriləcəkdir.
Tədbirin keçirilməsində məqsəd layihəyə seçilmiş 50 nəfər gənc ilə birlikdə “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının müzakirə edilməsidir. Tədbir çərçivəsində “Qlobal vә yerli çağırışlar”, “Azərbaycan-2020: Strateji baxış və әsas prioritetlәr”, “İnsan kapitalının inkişafı vә səmәrəli sosial müdafiə sisteminin qurulması”, “Azərbaycan Gəncləri 2020-ci ildə” və digər mövzular ətafında diskussiyaların aparılması, həmçinin simulyasiya oyununun keçirilməsi nəzərdə tutulur.
Tədbirin açılış mərasiminə bütün KİV nümayəndələri dəvətlidir.
Layihə haqqında əlavə məlumat üçün Layihə üzrə məsləhətçi Elməddin Hacıyev ilə (+994 55) 463 25 18 nömrəli əlaqə telefonu və [email protected] elektron ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.