[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/12/kreativ.jpg” ]
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə “Sumqayıt Gənclərində Təşkilati Bacarıqların” artırılması layihəsinin yekun tədbiri 23 dekabr 2012-ci il tarixində təşkil edilmişdir. Yekun tədbir çərçivəsində layihə iştirakçıları tərəfindən hazırlanan layihələrin təqdimatı, müzakirələri və sertifikatların təqdimatı nəzərdə tutulmuşdur.
Tədbirdə çıxış edən layihə üzrə əlaqələndirici şəxs İsmayıl Kərimov tədbirin gündəliyi haqqında məlumat verdikdən sonra layihə iştirakçıları tərəfindən 4 layihə təklifi- “Gənclərin düzgün ixtisas seçimi”, “Fiziki cəhətdən əlil gənclərin motivasiya edilməsi”, “Doğma şəhərimizi tanıdaq” və “Gənc ailələrdə boşanma hallarının azaldılması” layihə təklifləri təqdim edilmiş və iştirakçılar arasında müzakirə edilmişdir. Müzakirə əsasında gənclər layihələrin təkmilləşdirilməsi və mövzuya uyğun donor təşkilatlarına müraciət məsələlərini müzakirə etmişlər.
Tədbirdə layihə iştirakçıları həyata keçən layihə haqqında təəssüratlarını, uğurlarını müzakirə edərək layihənin və yaradılan şəbəkənin davamlılığını da müzakirə ediblər. Tədbirin sonunda layihə iştirakçılarına sertifikatlar təqdim edilib.