[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/01/IMG_4662.jpg” ]
Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) və Azərbaycan Hökumətinin birgə maliyyə dəstəyi ilə Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən həyata keçirilən “Sosial-İqtisadi İnkişaf Fəaliyyəti” (SEDA) çərçivəsində “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin həyata keçirdiyi “Ahıllara və məcburi köçkünlərə göstərilən ictimai və sosial xidmətlərin gücləndirilməsi ilə bağlı ictimai vəkillik (advokasi) kampaniyasının təşkili” layihəsi çərçivəsində 18 yanvar 2013-cü ildə Füzuli rayon Horadiz şəhərində yaşayan məcburi köçkün gənclərinin iştirakı ilə “Məşğulluq imkanlarının artırılması yolu ilə məcburi köçkün gənclərə dəstək” mövzusunda təlim keçirilmişdir. Füzuli rayon İcra Hakimiyyətinin, Məşğulluq Mərkəzinin, Gənclər və İdman İdarəsinin əməkdaşlarının iştirak etdiyi təlimdə 12 nəfəri gənc qadın olmaqla, 28 nəfər işsiz, iş axtaran, ali təhsilli, ali təhsil alan, hərbi xidməti başa vuran, abituriyent kimi ali məktəbə daxil olmağa hazırlaşan məcburi köçkün gənc iştirak etmişdir.
Təlimi giriş sözü ilə ”Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin sədri və layihə rəhbəri Zaur Quliyev açaraq təlim iştirakçılarını salamlayıb və layihə haqqında ətraflı məlumat verib. Təlim zamanı təlimçi tərəfindən gənclərə Azərbaycan Respublikasının Məşğulluq Strategiyası, karyera planlaşdırılması, iş axtarmaq qaydaları, CV- lərin hazırlanması, müsahibəyə və müsabiqəyə hazırlıq, vətəndaş iştirakı üzrə fəaliyyət formaları ilə bağlı məlumat verməklə yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə əməkdaşlıq, fonddan qeydiyyatdan keçmə proseduru və layihə təklifinin hazırlanması haqqında da ətraflı məlumatlar verilmişdir.
İştirakçılar əldə etdikləri bilikləri praktik şəkildə qrup işlərində tətbiq edərək CV-lər və layihə təklifi hazırlamışlar. Təlimdə iştirak edən gənclər əldə etdikləri bilik və bacarıqlarla fərdi qaydada Gənclər Fondundan qeydiyyatdan keçərək, müraciət edəcəklərini bildirmişlər. Təlimin sonunda mövzu ilə bağlı müzakirələr keçirilmiş və iştirakçılar tərəfindən təlimin qiymətləndirilməsi aparılmışdır.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”5823″ id=”5823″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]