[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/01/DSC00027.jpg” ]
Cari ilin 25 yanvar tarixində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Həyat” Beynəlxalq Humanitar Təşkilatı tərəfindən icra olunan “Yollarda təhlükəsizlik sahəsində gənclərin maariflənməsi” layihəsi çərçivəsində Əfqan icmalarının gəncləri, həmçinin bu kateqoriyadan olan uşaq və yeniyetmələrin təhsil aldıqları məktəblərin valideyn-müəllim komitələrinin üzvləri üçün “Biz yol hərəkəti qaydalarını öyrənirik” mövzusunda təlim-seminar keçirilmişdir.
Qırx nəfərdən artıq şəxsin, o cümlədən Əfqan icmasının fəal gənclərinin, Bakı şəhərində fəaliyyət göstərən 18 məktəbin müəllimlərinin və Dövlət Yol Polisinin nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan və layihə barədə ətraflı məlumat verən “Həyat” təşkilatının sədri, layihə direktoru Azər Allahverənov bildirib ki, geniş əhali auditoriyası arasında müxtəlif yönümlü maarifləndirmə kampaniyalarını həyata keçirən təşkilat 2010-cu ildən etibarən xüsusi diqqəti dünya ölkələrini, o cümlədən Azərbaycanı narahat edən yol hərəkəti təhlükəsizliyi məsələsinə yönəltmişdir. Belə ki, “Həyat” təşkilatı BMT-nin Baş Assambleyası tərəfindən təklif olunan 2011-2020-ci illəri “Yol hərəkəti təhlükəsizliyinin təmin olunması üzrə onillik fəaliyyətlər” kampaniyasına fəal surətdə qoşulmuş və bu sahədə ixtisaslaşan bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla tərəfdaşlıq əlaqələrini qurmağa müvəffəq olmuşdur. Yol hərəkətinin təhlükəsizliyi sahəsində qurulmuş həmin əməkdaşlığın nəticəsidir ki, bu istiqamətdə bir sıra uğurlu maarifləndirmə və məlumat kampaniyaları həyata keçirilmişdir. Azərbaycan Gənclər Fondunun dəstəyi ilə icra olunan hazırkı layihə həmin kampaniya çərçivəsində həyata keçirilən fəaliyyətlərdəndir. Layihə çərçivəsində hazırlanmış çap materialları və əyani vəsaitlər geniş auditoriya, xüsusilə də gənclər üçün nəzərdə tutulmuşdur.
Tədbirdə çıxış edən Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin (BPİ DYPİ) əməkdaşı cənab Elvin Məmmədli və digər natiqlər yol hərəkəti qaydalarının geniş təbliğ olunması və bu istiqamətdə icra olunan bütün fəaliyyətlərin zəruriliyi barədə danışıblar. 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin şöbə müdiri Fəridə Süleymanovanın, həmçinin layihə təlimçisi, istefada olan polkovnik-leytenant Təvəkkül Həsənovun fəal iştirakı ilə keçirilən təlimin digər bölmələri yol hərəkəti qaydalarının izahı və real hadisələr üzərində hazırlanmış animasiyalar əsasında bu qaydalara riayət edilməsinin effektiv üsullarının tədrisi üzərində qurulmuşdur.
İşçi qruplarında aparılmış işlər yol təhlükəsizliyinin təmin olunmasının müxtəlif aspektlərinə həsr edilmişdir. Maraqlı ideyaları özündə birləşdirən yekun nəticələr tədbir iştirakçıları tərəfindən geniş müzakirə olunmuşdur. Təlim-seminarda iştirak edən Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin (BPİ DYPİ) bölmə rəisi, polis polkovnik-leytenantı cənab Vaqif Əsədov tədbir iştirakçılarının çoxsaylı suallarını ətraflı cavablandırmışdır. Təlimin əvvəli və sonunda aparılmış qiymətləndirmə iştirakçıların yol təhlükəsizliyi sahəsində mövcud biliklərinin bu tədbir zamanı 12% artdığını müəyyənləşdirmişdir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”5882″ id=”5882″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]