[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/02/DSC_3519.jpg” ]
Fevralın 4-də layihə çərçivəsində Xaçmazda növbəti kitab müzakirəsi keçirilib. Görüşdə məşhur Türk yazıçı Elif Şafakın “Aşk” romanı müzakirə olunub. Oxucularda müxtəlif fikirlər doğuran, Azərbaycan və Türkiyədə çox populyar olan bu kitabın müzakirəsində Xaçmaz, Quba rayonlarının gənc kitabsevərləri iştirak ediblər. Müzakirə RTV-nin “Yeni səhifə” ədəbi verilişinin “Kitab klubu” rubrikasında efirə gedəcək.
Xatırladaq ki, oktyabrın 21-də “Ədəbiyyat Şəbəkəsi” layihəsi Xaçmazda ilk təqdimatını keçirib. Bundan sonra Sahilə İbrahimovanın kitabı, dekabr ayında isə Frederik Beqbederin “Məhəbbət üç il yaşayır” kitabı müzakirə olunub. Layihənin rəhbəri Nigar Köçərli, “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu və layihənin fəal iştirakçıları Xanım Əliyeva, Məlahət Ədilova, İbrahim Əhmədov və digərləri Regional TV-də canlı efirdə yayımlanan “Səhər” verilişində 1 saat ərzində layihə ilə bağlı ətraflı məlumat vermişlər.