[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/02/12316_342067692520_2980591_n.jpg” ]
1992-ci il 26 fevral tarixində Xocalıda azərbaycanlı əhaliyə qarşı misli görülməmiş qırğın törədilmişdir. Bu qanlı faciə yüzlərlə insanın məhvinə, doğma evindən qaçqın düşməsinə səbəb olmuş, Xocalı şəhəri yerlə yeksan edilmişdir. Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər – 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüşdür.
Azərbaycan dövləti erməni faşistlərinin törətdiyi Xocalı faciəsi haqqındakı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq aləmdə soyqırımı kimi tanıdılması istiqamətində iyirmi ilə yaxındır ki, məqsədyönlü və sistemli iş aparır. Son illərdə “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində soydaşlarımızı təmsil edən çoxsaylı vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları və diaspor qurumları bu sahədə hakimiyyət strukturları ilə birgə səmərəli fəaliyyət göstərirlər.
Artıq dünya ictimaiyyəti Xocalı həqiqətlərini qəbul etməyə başlayır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!