[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/02/DSC05156.jpg” ]
“Hüquqşünas Qadınlar Assosiasiyasi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc nəslin ekologiya hüququ sahəsində maarifləndirilməsi” adlı layihənin icrasını davam etdirir. “Ekoloji hüquqların məhkəmə müdafiəsi” adlı növbəti təlim layihənin icra planına uyğun olaraq 23 fevral 2013-cü il tarixində, Gəncə şəhərində keçirilmişdir. Təlimdə Gəncə şəhər Gənclər və idman Baş idarəsinin gənclərlə iş sektorunun müdiri Rəşad Əlizadə, Azərbaycan Dövlət Aqrar Universitetinin, Gəncə Humanitar Kollecinin, Gəncə Tibb Kollecinin və digər ali və orta ixtisas məktəblərinin tələbələri iştirak etmişlər.
Təlim “Hüquqşünas Qadınlar Assosiasiyası” İctimai Birliyinin sədri Arzu Alıyeva və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Natavan Rüstəmova tərəfindən keçirilmişdir. Təlimdə Ekoloji hüquqların məhkəmə müdafiəsi məhkəmə təcrübəsindən götürülmüş kazuslar və tərtib edilmiş testlər vasitəsilə iştirakçılara izah edilmişdir. Ekoloji hüquq pozuntusuna dair məhkəmə qərarlarının müzakirəsi və testlərin həlli iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.