[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/05/23323.jpg” ]
“Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi “Ətraf mühit və təhlükəsizlik: Ekoloji maarifləndirmə proqramı” adlı layihənin icrasına başlayır.
Layihənin məqsədi gənclərdə ətraf mühitə ziyan vurmadan təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlı bilik və bacarıqlar, davranış vərdişləri formalaşdırmaqdır.
Bu məqsədlə layihə çərçivəsində rayonlarda aktiv gənclərə ətraf mühit və təhlükəsizlik sahəsində bilik və bacarıqlar veriləcəkdir. Təlimlərin yekunu olaraq ekoloji düşərgə təşkil ediləcəkdir. Həmin düşərgəyə təlimlərdə aktiv iştirakı ilə seçilən gənclər dəvət ediləcək.
Nəticədə gənclərin ətraf mühitə ziyan vurmadan təbii sərvətlərdən istifadə ilə bağlı vərdişləri formalaşacaq, gənc liderlərin ətraf mühit və təhlükəsizlik məsələlərinə yönələn şəbəkəsi yaranacaq, 20 nəfər gənc lider ətraf mühit və təhlükəsizlik sahəsində təlimçi bilik və bacarıqları əldə edəcəklər.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilir və 3 ay müddətində həyata keçiriləcəkdir.