[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/05/2.jpg” ]
4 may 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi və “Könüllülük Fəaliyyətinin Təbliği” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “QHT-lər Gəncləşsin” layihəsi çərçivəsində Qeyri Hökumət Təşkilatları (QHT) haqqında ümumi məlumat və QHT-nin yaradılması mövzusunda treninq keçirilmişdir.
Treninqdə “Könüllülük Fəaliyyətinin Təbliği” Gənclər İctimai Birliyinin sədri Namiq Sərdarov çıxış edərək “QHT nədir?”, “QHT-lərin yaranması və tarixi”, “QHT-lərin məqsədi, cəmiyyətdə rolu və əhəmiyyəti” mövzularında gənclərə geniş məlumat vermişdir.
Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılmış və treninq iştirakçılarına tədbir ilə bağlı müxtəlif bukletlər və hədiyyələr paylanmışdır.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”6573″ id=”6573″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]