[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/05/32.jpg” ]
11 may 2013-cü il tarixində Azərbaycan Diplomatik Akademiyasında AIESEC Azərbaycan tərəfindən “Youth to Business” forumu təşkil olunmuşdur. “Youth to business” forumu gəncləri və biznes dünyasını əlaqələndirən unikal bir forumdur. Tədbir, eyni zamanda kompaniyalar üçün özlərini təqdim etmək və bacarıqlı, inkişafa meyilli, savadlı və maraqlı ideyaları olan gənclərlə əlaqə qurmaq üçün yaxşı bir fürsət olmuşdur.
Forum üç fərqli mövzunu əhatə edib: sahibkarlıq, dayanıqlı inkişaf və innovasiya. Bu istiqamətlər üzrə hər bir iştirakçı xarici və yerli spikerlər tərəfindən icra olunan 2 treninq kursunda iştirak etmişdir. Bu, Azərbaycanda gənclərlə korporativ dünyanın ən professional və uğurlu fiqurlarını birləşdirən ilk layihədir. “Youth to Business” Forumu daha əvvəllər dünyanın bir sıra ölkələrində keçirilib. Digər bir üstünlük isə Tədbirdən sonra iştirakçıların CV-lərinin toplanaraq tərəfdaş şirkətlərə göndərilməsindən ibarətdir.
Layihənin əsas sponsoru Azərbaycan Gənclər Fondudur. Bundan əlavə, tədbirin digər tərəfdaşları olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Coca-Cola şirkəti, PwC Azərbaycan, Golden Pay, Oxfam, PRO ERA LTD, Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqı, P World Azərbaycan, Bruketa&Žinić OM kimi yerli və beynəlxalq şirkətlərin nümayənləri tədbir zamanı təlimlər keçiblər.
“Youth to Business” Forumu Azərbaycan Diplomatik Akademiyasında keçirilib. Tədbirdə aşağıda adı çəkilən şəxslər çıxış ediblər:
Tatiana Sanina-AIESEC Azərbaycan Təşkilatının Prezidenti
Orxan Ərəbov-Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun Strateji Planlaşdırma və Beynəlxalq Əlaqələr Sektorunun müdiri
Şahin Seyidzadə-Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri
Artiom Cociu-Biznes konsultant və PRO ERA LTD-nin həmtəsisçisi
Aydan Kərimli-Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının baş katibi
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun Strateji Planlaşdırma və Beynəlxalq Əlaqələr Sektorunun müdiri Orxan Ərəbov Fond adından çıxış edərək Forumun işinə uğurlar arzu etmiş, belə bir forumun keçirilməsinin Fondun fəaliyyət prioritetlərinə uyğun oldugunu, gənclər arasında bu sahədəki şəbəkələşmə və maarifləndirilməyə müsbət təsir göstərən belə forumların gələcəkdə də Gənclər Fondu tərəfindən dəstəklənəcəyini qeyd etmişdir. Daha sonra O.Ərəbov gələcəkdə Gənclər Fondu tərəfindən keçiriləcək qrant müsabiqələrində gəncləri aktiv iştirak etməyə çağırıb.
Qeyd edək ki, Day.az, Trend.az, Biznesinfo.az, Milli.az və digərləri tədbirin media tərəfdaşlarıdır.
“Youth to Business” Forumu haqda ətraflı məlumatı aşağıdakı linkdən ala bilərsiniz:
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”6694″ id=”6694″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]