[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/05/DGİB-Ramil.jpg” ]
11 may 2013-cü il tarixində “Demokratik Gənclər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Region gənclərinin internet resurslarından səmərəli istifadəsi barədə maarifləndirmə” layihəsi çərçivəsində dəyirmi masa keçirib. Tədbirdə layihə həyata keçiriləcək Quba, Siyəzən, Xızı rayonları və Sumqayıt şəhərindən gənclər qruplarının təmsilçiləri də iştirak edirdilər. “Demokratik Gənclər” İctimai Birliyinin sədri Ramil Süleymanov bildirib ki, layihə çərçivəsində bir sıra işlər həyata keçiriləcək:
-Layihənin icrası 3 aylıq müddəti əhatə edəcək. Layihə üzrə əsas fəaliyyətlər regionlardakı gənclərlə həyata keçiriləcək. Xızı, Siyəzən, Sumqayıt və Qubada hər bir qrupda 50 nəfər gənc olmaq şərti ilə təlimlər keçiriləcək;
-Layihə çərçivəsində “Sosial Servislər və Biz” adlı 500 ədəd kitabça çap ediləcək;
-Layihəyə cəlb edilən gənclərlə təlimlər qurtardıqdan sonra yerli icra hakimiyyəti, Gənclər və İdman idarələri, QHT-lərin iştirakı ilə dəyirmi masalar keçiriləcək. Ümumilikdə 4 yerli dəyirmi masanın keçirilməsi nəzərdə tutulur. Dəyirmi masaların məqsədi təlimlərin nəticələri, bu sahədə aparılan təhlillər və region gənclərinin virtual forumlarının rolu mövzusunda müzakirələrin keçirilməsindən ibarətdir. Hər bir təlimdə 50 nəfər gəncin iştirakı nəzərdə tutulur.
Bütün təlimlər və dəyirmi masalar bitdikdən sonra “Ən Yaxşı Veb Səhifə və Bloq” müsabiqəsi elan ediləcək. Müsabiqənin şərtləri ilə bağlı bu regionların hər birində təlim keçmiş gənclərin elektron poçtlarına müsabiqə ilə bağlı bütün məlumatlar göndəriləcək. Müsabiqə üçün göndərilən materialları qiymətləndirmək və qalibləri seçmək üçün bu sahədə xüsusi peşəkarlıq qabiliyyətlərinə malik olan münsiflər dəvət olunacaq. Onlar 1 ay ərzində iştirakçıların göndərdikləri materialları diqqətlə nəzərdən keçirərək qiymətləndirmələrini aparacaqlar.