[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/05/Telebe_CUP_logo1.jpg” ]
“İrəli” İctimai Birliyi və “Xəzər” İntellektual Gənclər Klubunun təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Tələbələrarası II Azərbaycan Çempionatının regionlarda təşkil olunacaq seçim turları keçiriləcək.
“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Tələbələrarası II Azərbaycan Çempionatının regionlarda seçim turlarının təşkilinin əsas məqsədi “Azərbaycan gəncliyi – 2011-2015-ci illərdə” Dövlət Proqramının regionlarda intellektual klubların yaradılması bəndinin icrası, intellektual oyunlar hərəkatının inkişafı və region gənclərinin ölkənin ictimai həyatında fəal iştirakının təmin olunmasıdır.
Gəncə, Sumqayıt, Qazax, Mingəçevir, Şəki, Zaqatala, Salyan, Cəlilabad, Lənkəran, Naxçıvan, Quba, Şamaxı, Ağcabədi, Bərdə, Beyləqan və Biləsuvarda 18 may 2013-cü il tarixində sinxron olaraq keçiriləcək regional seçim turunda qeyd oluna bölgələri 100-dən çox komanda təmsil edəcək.
Seçim turunun keçiriləcəyi 16 şəhərin ən yaxşı nəticə göstərən komandası və ümumiləşdirilmiş nəticələr əsasında ilk 6 yeri qazanmış komanda “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Tələbələrarası II Azərbaycan Çempionatının finalına vəsiqə qazanacaq. Beləliklə, Azərbaycan çempionatında ölkənin regionlarını təmsil edən 20 komanda iştirak edəcək.
Xatırladaq ki, “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Tələbələrarası II Azərbaycan Çempionatı 26 may 2013-cü il tarixində Bakıda təşkil olunacaq.