[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/05/20130517_124840.jpg” ]
Azərbaycan Tələbələr Birliyi 12-20 may 2013-cü il tarixlərində Bakı şəhərində Avropa Komissiyasının “Gənclər Fəaliyyətdə” (Youth in Action) proqramının maliyyə dəstəyi ilə “Equal Education Possibilities – Different Abilities” adlı beynəlxalq təlim kursu təşkil edib.
Tədbirin keçirilməsində əsas məqsəd yaşından, cinsindən, maliyyə və fiziki vəziyyətindən asılı olmayaraq cəmiyyətin bütün təbəqələrindən olan üzvlərinə bərabər səviyyədə təhsil imkanlarının yaradılması yolları ilə bağlı müzakirələr aparmaq və son nəticədə hər bir insanın başlıca hüququ olan təhsil hüququndan istifadə edilməsi ilə bağlı təkliflər irəli sürməkdir. Müzakirələrin hərtərəfli aparılması, bu sahədə təcrübə və informasiya mübadiləsinə nail olmaq məqsədi ilə tədbirə Gürcüstan, Ukrayna, Rumıniya, Moldova, Xorvatiya, Polşa və İtaliya kimi ölkələrdən iştirakçılar dəvət olunmuşdur. Təlim kursu Gürcüstan və Macarıstandan olan beynəlxalq təlimçilər tərəfindən aparılır.
Təlim kursu çərçivəsində iştirakçıların Azərbaycan Gənclər Fondu ilə də görüşü keçirilmişdir. Görüş 17 may 2013-cü il tarixində Fondun ofisində baş tutmuşdur. Təlim iştirakçıları ilə görüşdə Fondun Layihələr və regionlarla iş sektorunun baş məsləhətçisi Lalə Rzayeva və Fondun əməkdaşı Mübariz Qədirov iştirak etmişlər. L. Rzayeva xarici qonaqlara Fondun yaradılması, məqsəd və vəzifələri, fəaliyyət istiqamətləri barədə ətraflı məlumat vermiş, Fondun təqdimatını keçirmişdir. Həmçinin, məhz xarici gənclərin Azərbaycanın tarixi, mədəniyyəti və Dağlıq Qarabağ problemi barədə aparacağı tədqiqat işlərinə Fondun E kateqoriyası üzrə dəstək göstəriləcəyi qeyd edilib.
Daha sonra iştirakçıların sualları M. Qədirov tərəfindən cavablandırılıb.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”6797″ id=”6797″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]