[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/05/PICT0323.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun “C” kateqoriyası üzrə qrant müsabiqəsinin qalibi, Şəki şəhər sakini Aynur Nağıyeva “Gənclərdə kitaba olan marağın artırılması” layihəsi çərçivəsində 18-19 may 2013-cü il tarixində Şəki şəhərində yerləşən Nakam adına Mərkəzi Kitabxanada kitaba marağı olan gənclərlə növbəti görüş-təlimi keçirmişdir.
Əvvəlcə, təlimi layihənin moderatoru M.Nağıyev açaraq təlim iştirakçılarına lahiyə haqqında qısa məlumat verib. Daha sonra layihənin rəhbəri A.Nağıyeva Şəki şəhər Nakam adına Mərkəzi Kitabxananın rəhbərliyinə, Kitabxananın qiraət və oxu zalının direktoruna və təlim-görüşə dəvət olunmuş filoloq Bahar Salehovaya bu tədbirdə iştirakı üçün öz minnətdarlığını bildirib və təlim başlayıb.
İştirakçılarla qonaqlar tanış olduqdan sonra layihə rəhbəri A.Nağıyeva “Gənclər və Kitab” , “Kitabxanaların xidmətlərindən istifadə edən gənclər” mövzularında təqdimatı iştirakçılara təqdim edib. Təlim-görüşə dəvət olunmuş filoloq Bahar Salehova çıxış etmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna bu layihənin həyata keçirilməsi üçün maliyyə dəstəyi ayırdığı, layihə rəhbəri A.Nağıyevaya belə bir aktual və əhəmiyyətli problemlərdən birinin-Gənclərin asudə vaxtlarının səmərəli təşkili probleminin həlli məqsədi ilə “Gənclərdə kitaba olan marağın artırılması” layihəsini həyata keçirdiyi üçün öz minnətdarlığını bildirmişdir. O, kitab və kitabxanalarla bağlı rast gəldiyimiz problemlərə toxunmuş və gənclərin çoxsaylı suallarını cavablandırmışdır.
Tədbirin gedişi zamanı iştirakçılar layihə rəhbərliyinə tədbirin davamı olaraq yeni bir tədbir keçirilməsi təklifi ilə müraciət ediblər. Belə ki, 19 may 2013- cü il tarixində həyata keçirilən növbəti tədbirdə iştirakçıların istəyi ilə seçilmiş Ernest Heminqueyin “Əcəl Zəngi” əsəri oxunaraq müzakirə edilmişdir.
Tədbirin yekununda səslənən təkliflər qeyd olunmuş və iştirakçıların sualları layihə rəhbəri tərəfindən cavablandırılmışdır. Sonda isə layihə rəhbəri tədbirin təşkilində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirmişdir.