[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/05/P10109291.jpg” ]
Sağlam Gəncliyə Doğru İctimai Birliyi 16-20 may 2013-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Masallı şəhərində “Sağlam gəncliyə doğru addımla düşərgəsi” adlı layihəsini həyata keçirmişdir. 4 gün ərzində iştirakçılara sağlam həyat tərzi, sağlam cəmiyyətə inteqrasiya, narkomaniya, erkən evlilik, ətraf mühitin mühafizəsi, mövzularında təlimlər keçirilmişdir. Layihədə paytaxt gəncləri ilə yanaşı region gəncləri də iştirak etmişdir.
Layihənin məqsədi paytaxt və region gəncləri arasında sağlam həyat tərzini təbliğ etmək, onların sosial aktivliyini artırmaq, narkomaniyaya qarşı mübarizədə aktiv olmağa yönəltməkdir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”6906″ id=”6906″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]