[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/05/DSC01369.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Nurlu Sabah” Uşaq Gənclər Təşkilatı İctimai Birliyi Azərbaycanın şimal bölgəsi olan Quba və Qusar rayonlarında “Gələcək naminə sağlam olaq” adlı layihənin hazırlıq mərhələsini bitirərək icrasına start vermişdir.
Təşkilatın bir qrup fəal üzvü və könüllüləri Quba rayonunun ictimaiyyəti ilə görüşlər keçirmişlər. Quba İncəsənət Məktəbində baş tutan görüşdə yeniyetmə və gənclərlə yanaşı bir qrup yaşlı nəslin nümayəndəsi də iştirak etmişdir. Məktəbin direktoru Mirkazım Cəfərov təşkilatın şimal bölgəsində apardığı fəal ictimai işdən söz açmışdır. Daha sonra təşkilatın rəhbəri Ramin Xudayev layihə haqqında iştirakçılara geniş məlumat vermiş və Gənclər Fondunun maliyyəsi dəstəyi ilə ərsəyə gəlmiş “Gələcək naminə sağlam olaq” adlı bukletləri iştirakçıların diqqətinə çatdırmışdır. O, layihənin bir istiqaməti olan yeniyetmə və gənc istedadların əl işlərindən ibarət sərginin keçiriləcəyini, esse yazı müsabiqəsinin təşkil olunacağını bildirmişdir. Bununla əlaqədar olaraq, iştirakçılara müsabiqənin əsasnaməsi və anket forması təqdim olunmuşdur.
Tədbirin sonunda iştirakçılara buklet və broşürlər paylanılmışdır.