[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/05/IMG_4182.jpg” ]
Könüllü Gənclər İctimai Birliyi 25 may 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “QHT-lər Gəncləşsin” layihəsi çərçivəsində “QHT-lərdə layihə yazılışı, büdcənin hazırlanması və fond axtarışı” mövzusunda treninq keçirmişdir.
Treninqdə “Bizim Nəsil Gənclərin Regional İnkişaf Assosiasiyası” İctimai Birliyinin sədri Nurəddin Mehdiyev çıxış edərək Qeyri Hökumət Təşkilatlarında layihələrin yazılışı, büdcənin yazılış qaydaları və hesabatların hazırlanması, icra planının tərtib olunması haqqında gənclərə geniş məlumat verib.
Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılmış və treninq iştirakçılarına tədbir ilə bağlı müxtəlif bukletlər və hədiyyələr paylanmışdır.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”6952″ id=”6952″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]