[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/05/IMG_7895.jpg” ]
26 may 2013-cü il tarixində Kempinski Hotel Badamdarda Azərbaycanın ən böyük intellektual layihəsi – “Nə? Harada? Nə zaman?” oyunu üzrə Tələbələrarası II Azərbaycan Çempionatı keçirilib. Ölkə birinciliyi Gənclər Fondunun maliyyə dəstəyi və “Nə? Harada? Nə zaman?” Klubları Beynəlxalq Assosiasiyasının lisenziyası ilə təşkil olunub. Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan “Nə? Harada? Nə zaman?” oyunu üzrə Tələbələrarası II Azərbaycan Çempionatında ölkənin 17 şəhərindən 77 komanda iştirak edib.
Çempionatı giriş sözü ilə açan “Xəzər” İntellektual Gənclər Klubunun sədri Seymur Teymurovun çıxışından sonra Azərbaycan himni səslənib. Daha sonra Azərbaycan Gənclər Fondunun Aparat rəhbəri Faiq Qürbətov, Beynəlxalq Klublar Assosiasiyasının İdarə heyətinin üzvü Anton Qubanov, Azərbaycan Müəllimlər İnstitutunun prorektoru Rəşad Sadıqov və “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev çıxış edərək iştirkaçılara uğurlar arzu etmişlər.
Gərgin mübarizə şəraitində keçən çempionatda birinci yeri “Strekoza Geyzenberqa” komandası tutub. İkinci yerə “Diplomat”, üçüncü yerə isə “TM-9” komandası sahib olub. Qaliblər kubok, diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.
Xatırladaq ki, “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Tələbələrarası II Azərbaycan Çempionatı final və iki seçim turundan ibarət olub. Çempionatda Bakı, Sumqayıt, Gəncə, Qazax, Mingəçevir, Şəki, Zaqatala, Salyan, Cəlilabad, Lənkəran, Naxçıvan, Quba, Şamaxı, Ağcabədi, Bərdə, Beyləqan və Biləsuvar şəhərlərindən komandalar iştirak ediblər.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”7021″ id=”7021″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]