[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/06/logo-gencler-fondu.jpg” ]
Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti Azərbaycan Tibb Universiteti ilə birgə və Azərbaycan Gənclər Fondunun Dəstəyi ilə 29 sentyabr-2 oktyabr 2012-ci il tarixlərində Almaniyanin Haydelberg ve Siegen Universitet klinikalarından dəvət olunmuş mütəxəssislərin iştirakı ilə 1-ci Azərbaycan-Alman Tibbi treninq kurslarını təşkil edir. Treninq kursları təbabətin ən aktual sahələrini: ümumi və laparoskopik cərrahiyyə, ginekologiya, anesteziologiya-reanimatologiya, radiologiya, endoskopiya və s. əhatə etməklə ən müasir treninq modelləri üzərində xüsusi proqram əsasında həyata keçiriləcəkdir. Treninqlər 2 il əvvəl Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin nəzdində təsis edilmiş Azərbaycan-Alman Tibbi Treninq Mərkəzi tərəfindən keçiriləcəkdir. Bu kurslardan rezidentlər və tələbələr olmaqla 500 nəfərə yaxın mütəxəssis yararlanacaqdır. Eyni zamanda bu tədbir zamanı əməliyyat tibb bacıları üçün də xüsusi treninqlər keçiriləcəkdir.
Bundan sonra davamlı olaraq keçirilməsi nəzərdə tutulan 1-ci Azərbaycan-Alman Tibbi treninq kurslarında açıq ve laporoskopik cərrahiyyə, ginekologiya, uronefrologiya, reanimatologiya, radiologiya ve endoskopiya üzrə adi tibbi vərdişlərlə yanaşı mürəkkəb cərrahi, invaziv, diaqnostik və digər müalicəvi texnikalar təcrübəli mütəxəssislərin məşqçiliyi ilə xüsusi simulyatorlar və heyvanların orqan və toxumaları üzərində istirakçılara öyrədiləcəkdir.
29 sentyabr-2 oktyabr tarixlərində keçiriləcək bu tədbir zamanı Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin Almaniyanın bir neçe universitetləri ilə birgə planlaşdırdığı “Elmi-kliniki tədqiqatların müasir əsasları və istiqamətləri “adlı layihəsinin də təqdimatı keçiriləcək və növbəti kliniki tədqiqatlar layihəsinə start veriləcəkdir. Eyni zamanda, Azərbaycanda bu ildən başlayaraq ingilis dilində çap ediləcək, beynəlxalq səviyyədə tanınan Almaniya-Azərbaycan birgə tibb jurnalı təsis ediləcəkdir.
Nəzərinizə çatdıraq ki, tədbir Azərbaycan Tibb Universitetinin Terapevtik korpusunda keçiriləcəkdir.