[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/09/IMG_1427.jpg” ]
Azərbaycan Respublikasının Misirdəki Səfirliyi və Afrika İttifaqı yanında müşahidə missiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 23-29 sentyabr tarixlərində Afrika İttifaqının rəhbərliyi altında Afrika dövlətlərinin gənc mütəxəssislərinin Azərbaycana səfəri təşkil olunmuşdır. Bu səfərdə Afrika İttifaqı Komissiyasının əməkdaşları və Efiopiya, Kamerun, Misir, Benin, Svazilend, Keniya, Sudan, Cənubi Afrika Respublikası, Qabon, Ruanda, Zimbabve, Mozambik, Zambiya, Liberiya, Nigeriya, Qambiya və Qabonun nümayəndələrindən ibarət 19 nəfər iştirak edir. Səfərin təşkil olunmasında məqsəd Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti və onun tərkib hissəsi olan gənclərin məşğulluğu, sağlamlığı və təhsili kimi proqramlarla tanış olmaq və Azərbaycanın bu sahədə zəngin təcrübəsini öyrənmək, Azərbaycanın gənclər təşkilatları ilə əlaqələr qurmaq və gələcək birgə əməkdaşlıq sahələrini müəyyən etməkdən ibarətdir.
Səfər müddətində Afrika İttifaqının nümayəndə heyətinin üzvləri Azərbaycan Gənclər Fondu ilə görüşmüşdür. Görüşdə Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov iştirak etmişdir. O. Ərəbov görüş iştirakçılarına Fond haqqında ətraflı məlumat vermiş, Fondun fəaliyyət istiqamətləri, layihə qəbulu qaydaları, kateqoriyaları barədə danışmışdır. Qonaqların böyük marağına səbəb olan görüş çoxsaylı suallar və müzakirələrlə davam etmişdir. Nümayəndə heyəti üzvlərindən Fonda müraciət etmək, birgə fəaliyyət göstərmək üçün maraqlananlar olmuşdur.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”2825″ id=”2825″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]