[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/09/IMG_3862.jpg” ]
“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Regionlarda gənclər arasında sağlam həyat tərzinin təbliği” adlı layihəsi çərçivəsində 21-23 sentyabr 2012-ci il tarixində Beyləqan rayonunda və Füzuli və Xocavənd məcburi köçkünlərinin məskunlaşdığı qəsəbələrdə yaşayan 30 nəfər ictimai fəal gəncin iştirakı ilə təlimçilər üçün təlim keçirmişdir. Təlimin birinci günü Dövlət orqanları nümayəndələrinin iştirakı ilə konfrans keçirilmişdir. Konfransda Beyləqan rayon İcra Hakimiyyətinin, Beyləqan rayon Polis İdarəsinin, Milli Təhlükəsizlik Nazirliyinin Beyləqan rayon Şöbəsinin əməkdaşı, Beyləqan rayon Səhiyyə İdarəsinin əməkdaşı, Beyləqan, Xocavənd və Füzuli rayon Gənclər və İdman İdarələrinin əməkdaşları iştirak etmişlər. Konfransdan sonra başlayan təlimin gedişində aşağıdakı mövzular müzakirə olunmuşdur:
• Sağlam həyat tərzi;
• Saglam yaşamaq və gigiyena;
• Yoluxucu xəstəliklər və onlardan yayınma yolları;
• Erkən nigahların fəsadları;
• Narkomaniyanın törətdiyi faciələr;
• Cinsi yolla keçən xəstəliklər və İİV/QİÇS;
• Ailə qurarkən tibbi müayinədən keçmə;
• Sağlam həyat tərzi ilə bağlı beynəlxalq təcrübə;
• Sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı təlimçilərin yaşadıqları kənd və qəsəbələrdə aparılacaq maarifləndirmə işinin təşkili qaydalarının müəyyən olunması.
Təlim interaktiv metodla aparılmışdır. Təlimdə rol, qrup oyunları və təqdimatlar keçirilmişdir. Sülh Korpusunun könüllüsü Jenna Gishlegelin sağlam həyat tərzinin təbliği ilə bağlı beynəlxalq təcrübəni əks etdirən təqdimatı iştirakçıların böyük marağına səbəb olmuşdur. Təlimin sonunda maarifləndirmə işinin davamlı olması üçün maarifləndirici qrup yaradılmış və qərara alınmışdır ki, təlim keçmiş gənclər mütamadi olaraq əldə etdikləri bilikləri öz həmyaşıdlarına və gənclərə çatdırsınlar. Təlimdə fəallıq nümayiş etdirən iştirakçılar sertifikatlarla təltif edilmişlər.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”2860″ id=”2860″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]